Avadanlıq

Mikrobioçip skaneri InnoScan 710

 

 

 

Innopsys firmasının skaneri InnoScan®710 - geniş spektr elm sahələrinin məsələlərinin həlli üçün (qenlərin ekspressiyasının öyrənilməsi, mutasiyaların təyini, SNP analizi, DNT metilləşdirilməsi, aCGH, sitogenetika və EKM və s.) yaradılmış sürətli, səmərəli və istifadəsi sadə olan konfokal flüoressent mikrobioçip skaneri...

 

«SEQUENOM» şirkətinin istehsalı olan MassARRAY mass-spektrometr avadanlığı

Mass-spektrometr

MassARRAY sistemli avadanlığı genomun kəmiyyət və keyfiyyət analizi üçün istehsal edilmişdir. Bu avadanlıqda istifadə olunan MALDI-TOF prinsipli massspektrometr üsulu təkrarolunmaz hissiyat və spesifiklik imkanı yaradır.

 

İsveçrənin "Hoffman La Roche" şirkətinin istehsalı olan "Cobas e411 HİTACHI" immunokimyəvi analizatoru

Cobas e411Roche şirkətinin istehsalı olan tam robotlaşdırılmış immunokimyəvi elektroxemilüminisstent avtomat analizator geniş spektrli analizlərin qoyulması üçün imkan yaradır.
Hazır xüsusi kassetlərdə istifadə olunan reagentlər, individual ştrix kodun oxunmasına əsaslanan avtomatik proqramlaşdırma texnologiyası və mövcud gedən prosesdə fasiləsiz analizlər etmək imkanı rahat iş şəraitinə və laboratoriyalarda sərf olun əməyin azalmasına gətirib çıxarır...

 

İsveçrənin "Hoffman La Roche" şirkətinin istehsalı olan "Cobas Integra 400 plus" analizatoru

Cobas integra 400 plus

Roche Cobas Integra 400 plus avadanlığında geniş spektrdə qanın biokimyəvi analizini təhlil etmək mümkündür.
Tam avtomatlaşdırılmış sistem reagentlərinin geniş menyusuna malik olan Cobas İntegra 400 plus biokimyəvi analizatorunda nəinki fermentlərin,substratların,spesifik zülalların ,çox vaxt aparan müayinələrin , həmçinin xüsusi testlərin aparılması və reagent nümunələrinin universal kassetlərə yüklənməsi mümkündür.
Cobas Integra 400 plus analizatorunun təkrarolunmaz elektron sistemi reagent nümunələrinin universal kassetlərinin xüsusi elektron ştrixlər vasitəsi ilə kodlaşdırılmasını təmin edir və reagentlərin hazırlanmasında operatorun iştirakını tələb etmir.Hər bir universal kasset özündə biokimyəvi reaksiya üçün lazım olan bütün inqrediyentləri cəmləşdirir.Bir kassetin köməyi vasitəsi ilə 800 test təyin olunur...

 

Yaponiyanın Sysmex şirkətinin istehsalı olan XT-2000i hemotoloji analizatoru

SYSMEX-2000iYeni XT-2000i hemotoloji anaizatorunun iş prinsipi inqilabi üsullardan sayılan axıcı sitoflüorimetriya üsuluna əsaslanmışdır. Analizatorla dəqiq nəticə əldə etmək, normal və patoloji nümunələrin dəqiq bölünməsinə imkan yaratmaq mümkündür. Tam avtomatlaşdırılmış 30 parametrli,tam şəkildə leykositar formulanı çıxaran və retikulositlərin sayılmasını təmin edən analizator...

 

Yaponiyanın Sysmex şirkətinin istehsalı olan CA-560 avtomatik koaqulometri

CA-560 avtomatik koaqulometri

CA-560 koaqulometri tam avtomatlaşdırılmış şəkildə analizlərin yüksək məhsuldarlığını və keyfiyyətini təmin edir.Analizatorda 1 saat ərzində 50 müxtəlif test aparamaq mümkündür.Koaqulometr eyni vaxtda ixtiyari qaydada 5 seçilmış parametr üzrə kalibrasiya əyrilərinin avtomatik düzlənməsinə və sınaq tədqiqatlarının aparılmasına imkan yaradır...

 

 

Yaponiyanın Sysmex şirkətinin istehsalı olan Uf 1000i sidik analizatoru

SYSMEX UF-1000i

Sysmex UF-1000i  flüoresstent axıcı sitometriya üsulu ilə işləyən axrıncı nəsl analizatorudur.
Diodlu lazer texnalogiyasına əsaslanıb, seçilmiş nuklein turşularını polimetin rəngləyicilər vasitəsi ilə boyayır ki, bu da kliniki lazım olan səviyyədə hissəciklərin həssas analizinin keçirilməsi ilə birgə bakteriyaların dəqiq aşkar olunmasına imkan yaradır.
Xüsusi flüoresstent axıcı sitometriya üsulu ilə işləyən Sysmex UF-1000i sidik analizatoru istifadəçiyə geniş diapazonlu kliniki üstünlüklər (məsələn, sidik yolunun infeksiyaya yoluxmasını və ya iltihabını tez bir zamanda istisna etmək üçün leykositlərin, bakteriyaların və maya hüceyrələrinin dəqiq təyini, hematuriyanın potensial mənbələri haqqında sadə məsləhət vermək üçün eritrositlərin sayılması, morfoloji məlumatın verilməsi və pasiyentin diurez statusu markeri kimi sidiyinin keçiriciliyi) verir. Məlumatlar toplusunun əksetdirmə funksiyası pasiyentin nəticələrinin tez və dəqiq icmalını verir ki, bu da müayinənin və müalicənin monitorinqində kömək edir...

 

DNT-amplifikator real zaman rejimində CFX96 BIO-RAD

 

 

 

 

 

 

С1000 termosiklerinin bazasında qurulan optik reaksiyalı modul CFX96 güclü və dəqiq sistem yaradır ki, bu da real zaman rejimində ZPR aparmağa imkan verir. Xüsusi elementlər (6 aşağıxətli işıq diodlarının hər birinə uyğun filtrasiya olunan fotodiodlar) bazası üzərində qurulan CFX96 6-kanallı optik sistem hər bir kanal ilə spesifik rəngləndiricilər üçün yüksəkhəssaslı flüoressent deteksiyalı siqnal keçirir ki, bu da kəmiyyətcə aparılan testlərin dəqiq alınması üçün yüksək deteksiyasını təmin edir. Skanerolunma zamanı optik hissə yüksək dəqiqliklə və kanalların tam şəkildə bir-birinə təsiri olmadan hər bir lunkanı individual olaraq ekspozisiya edir və onların flüoressensiyasını sayır. Optik hissə hər bir vəziyyətdə və hər bir skanerolunma zamanı ayrılıqda hər bir lunka üzərində mərkəzləşir, bu da işıq yolunun optimal və eyni olmasını təmin edir. Deməli, referens rəngləndiriciyə görə nə cihazı kalibrasiya etmək, nə də kanalları qurban vermək lazımdır. Butün bunlara əlavə olaraq optik texnologiyaların üstünlükləri ilə dəqiq temperatur nəzarəti cox aşağı həcmli - 10 mkl reagent qarışıqları ilə işləməyə imkan yaradır...

 

Avstraliyanın Corbertt Research şirkətinin istehsalı olan Rotor-Gene 6000 termotsikli

Rotor-Gene 6000” termotsikliAvstraliyanın “Corbertt Research” şirkətinin istehsalı olan optik sistemli rotor tipli amplifikator “real zaman”rejimində ZPR və deteksiyanın keçirilməsi üçün istehsal olunub.

Dünyada ilk 6 kanallı ən geniş hissetmə spektrinə və flüoresstent deteksiyaya malik"real zaman"rejimində amplifikasiya üçün avadanlıq hesab olunur.
Kəmiyyətcə ZPR-analizlər:

  • infeksion dövrdə virusla yüklənmənin
  • genetik dəyişilmiş inqrediyentlərin konsentrasiyasının
  • genlərin ekspressiya səviyyəsinin qiymətləndirməsinin təyini

Keyfiyyətcə ZPR-analizlər:

  • geniş spektrli infeksion xəstəliklərin törədicilərinin aşkarlanması
  • eyni vaxtda kliniki materialda bir neçə törədicinin təyin edilməsi
  • mikroorqanizmlərin genotipləşdirilməsi
  • nöqtəvi mutasiyaların və genetik polimorfizmlərin təyini...

 

 

Italiyanın "DIESSE" şirkətinin istesalı olan multiparametrli CHORUS analizatoru.

Chorus  - multiparametrli tam avtomatlaşdırılmış bağlı tipli analizator kimi infeksion və autoimmun xəstəliklərin ekspress diaqnostikası üçün nəzərdə tutulub. İmmunoloji testlərin aparılmasında Chorus analizatoru kifayyət qədər sadədir və yüksək məhsuldarlığın və laborator tədqiqatların dəqiqliyinin etibarlığını təmin edir.
Chorus  analizatoru yüksək həssaslıqları və məhsuldarlılıqları ilə seçilən ELISE və CFT üsulları ilə işləyir...

 

Diesse (İtaliya) şirkətinin avtomatik bakterioloji sistemi Robobact

 Diesse (İtaliya) şirkətinin avtomatik bakterioloji sistemi

Avtomatik bakterioloji sistem həm aerob, həm də anaerob və kapnofil bakteriyaların təmiz bakterioloji kulturlarının ayrılması üçün nəzərdə tutulmuşdur.

Sistem üç müxtəlif elementlərdən ibarətdir:
1. Avtomatik modul -Robobact və Robobact Special
2. Nümunələrin götürülməsi üçün konteynerlər - Uriset, Coproset, Swab Set
3. Koloniyaların ayrılması ücün istifadə edilən qurğular - Uribact, Coprobact, Swab Bact

Robobact: Nəzarət olunan temperaturda,aerob mühitdə təmiz kulturanın ayrılması üçün modul.

Robobact Special:Nəzarət olunan temperaturda,anaerob mühitə CO2  və  N2-nin əlavəsi ilə təmiz kulturanın alınması üçün modul.

Processing Unit: İdarə edən modula qoşulur.Robobactın bütün funksiyalarını kontrol edir və bar-kodları oxuyur.Robobactın 6 modulunun işini idarə edir.

Trolley-Gen:İdarə edən modulunun və Robobactın 2 bloka gədər modulun avtomat iş rejimini təyin etmək üçün azot generatoru stendi.

Trolley:Robobact modulu və idarə edən modulun quraşdırılması üçün stend.